FİFA-nın prezidenti Canni İnfantino "Qarabağ" klubunu Premyer Liqanın 2021/2022-ci il mövsümünün qalibi olması münasibətilə təbrik edib.
Ali futbol qurumumun rəhbərinin AFFA prezidentinə göndərdiyi təbrik məktubunda bildirilir ki, bütün komandanın gərgin əməyi, şövqü və fədakarlığı olmadan belə nəticəyə nail olmaq mümkün olmazdı. klubun hər bir üzvü böyük qürur hissi keçirə bilər. Zəhmət olmasa, mənim təbrikimi bu möhtəşəm zəfərin qazanılmasında pay sahibi olan hər kəsə çatdırın deyə İnfantino qeyd edib.